Su qabının içinə qarışqa və ya başqa cücü düşübsə...

Su qabının içinə qarışqa və ya başqa cücü düşübsə...
21:42 14 Mart 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Su qabının içinə qarışqa və ya başqa cücü düşübsə, həmin su ilə dəstəmaz almaq olarmı?

Qabdakı su dəstəmaz üçün o zaman yararsız olar ki, əvvəla, onun içinə nəcasət düşsün. Kür miqdarından az olan suyun içinə bir damçı da olsa nəcasət düşsə, su murdar olacaq. İkinci hal isə bundan ibarətdir ki, su başqa bir maddə ilə o qədər qarışsın ki, artıq ona saf su deməsinlər. Məsələn, torpaqla qarışıb lilli suya çevrilsin, içinə mürəkkəb düşüb rəngi dəyişsin və s. Qarışqa və digər xırda cücülərin düşdüyü su murdar sayılmaz. Çünki əvvəla, bu cücülərin bədəni nəcasət sayılmır. İkincisi, onlar suya düşdükdə suyun saflığı pozulmur. Cücünü suyun içindən çıxarandan sonra həmin su ilə dəstəmaz almaq olar. Əlbəttə, iyrənən adam suyu dəyişdirə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR