Qırğızıstanda 100-dən çox dövlət müəssisəsi bağlanır

Qırğızıstanda 100-dən çox dövlət müəssisəsi bağlanır
21:52 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda 114 dövlət müəssisəsi bağlanacaq, 63 idarə isə yenidən strukturlaşdırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Sooranbay Cenbekov deyib. Nazirlər kabinetinin iclasında çıxış edən S.Cenbekov dövlət büdcəsinə yük olan və bu səbəbdən bağlanacaq dövlət idarələrinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün işlərin həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, bu proses bir ay ərzində e-ticarət platforması üzərindən aparılacaq.

Bu arada Qırğızıstanda 1130 dövlət idarəsinin fəaliyyət göstərdiyi açıqlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR