Azərbaycan çempionatı: "Neftçi" "Qəbələ"ni məğlub edib

Azərbaycan çempionatı: "Neftçi" "Qəbələ"ni məğlub edib
22:07 14 Mart 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub.
"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilmiş turun mərkəzi görüşünün taleyini bir qol həll edib.
39-cu dəqiqədə Namiq Ələsgərov dəqiq zərbə ilə "Neftçi"yə qələbə qazandırıb - 1:0. Beləliklə, turun bütün qarşılaşmaları meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Bunadək "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı, "Qarabağ" isə AZAL-ı bir qolla üstələyib.
Bu məğlubiyyətdən sonra "Qəbələ" liderliyi əldən verib. Əvəzində "Qarabağ" 48 xala 1-ci pilləyə yüksəlib və ən yaxın izləyicisini 2 xal geridə qoyub. "Neftçi" isə xallarını 23-ə yüksəldərək, yenidən 6-cı pilləyə qayıdıb.
Azərbaycan Premyer Liqası
XXII tur
14 mart (çərşənbə axşamı)
17:00 "Qarabağ” – AZAL - 1:0
Qol: Dino Ndlovu, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
"Azersun Arena”
İlk 3 dövrə - 6:0, 1:0 və 2:1

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-cempionati-neftci-qebele-ni-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR