Cocuq Mərcanlıda 1732 qəlpə və bir piyada əleyhinə mina tapıldı - FOTO

Cocuq Mərcanlıda 1732 qəlpə və bir piyada əleyhinə mina tapıldı - FOTO
22:12 14 Mart 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1732 qəlpə və 1 piyada əleyhinə "OZM-72" minası aşkar ediblər. Ümumilikdə 28 min 250 kvadratmetr əraziyə (4 min 430 kvadratmetr əl ilə, 16 min 300 kvadratmetr mexaniki üsulla və 7 min 520 kvadratmetr minaaxtaran itlərlə) baxış keçirilib.

Agentlikdən Milli.Az-a bildiriblər ki, 37 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik "OF-832", 2 ədəd 120 millimetrlik "OF-843" minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd "PQ-7VL" və 1 ədəd "PQ-7VM"), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan "PQ-7VM" raketi, 1 ədəd "PQ-7" raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd 100 millimetrlik "OF-412" top mərmisi və 8 ədəd "TM-62P3" minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə "OZM-72" mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə "TM-57" minası və 24 ədəd "TM-57" tank əleyhinə minanın partladıcısı "MVZ-57") aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 134 min 723 kvadratmetr ərazi (419 min 443 kvadratmetr əl ilə, 304 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 297 min 480 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 14-dək cəmi 1989 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 7 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 178 min 327 kvadratmetr ərazi (463 min 47 kvadratmetr əl ilə, 304 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 297 min 480 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR