104 gün sonra

104 gün sonra
22:29 14 Mart 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri 2017-ci ildə ilk dəfə məğlub olub.

 

Mövsümdəki ikinci məğlubiyyət XXII tura təsadüf edib. Səfərdə “Neftçi”yə yenilən əyalət klubu 104 gündən sonra xalsız qalıb.

 

Belə ki, “qırmızı-qaralar” sonuncu dəfə ötən il noyabrın 29-da səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu.

 

XIII turdan sonra 8 matçda uduzmayan “Qəbələ” 104 günlük seriyası ilə vidalaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR