ABŞ-da 50 milyon insan TƏHLÜKƏDƏ

ABŞ-da 50 milyon insan TƏHLÜKƏDƏ
22:38 14 Mart 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şərq sahilində 100 mindən çox sakin işıqsız qalıb.

Publika.az xəbər verir ki, buna qar çovğunu səbəb olub. Kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında reyslər təxirə salınıb. Eləcə də hökumət orqanlarında iş, məktəblərdə dərslər dayandırılıb.

Sinoptiklər məlumat verir ki, çovğundan sonra Nyu-Yorkda qar örtüyünün hündürlüyü 50 santimetrədək çata bilər.

Ümumilikdə isə çovğunun fəsadlarının 50 milyon sakinə təsir edəcəyi barədə xəbərdarlıq edilib. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR