Qiyamət günündə hər kəs öz fikrndə olar. İnsanlar dəhşət içində o tərəf-bu tərəfə elə vurnuxarlar ki, ayaqları dolaşıb yıxılarlar. Kənardan baxana elə gələr ki, onlar sanki sərxoşdurlar.
Milli.Az islam.az-a istinadən bildirir ki, eləcə də, bəzi insanlar qorxunun təsirindən şoka düşər, donub qalarlar. Bu da sərxoş adamların durumuna bənzəyən bir haldır. Buna görə Qurani-kərimdə buyurulur: "Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!" (Həcc, 1-2).
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində