Mətbəxdə mütəmadi istifadə edilən tava-qazanlar bizi necə zəhərləyir?

Mətbəxdə mütəmadi istifadə edilən tava-qazanlar bizi necə zəhərləyir?
22:52 14 Mart 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Üstü cızılmış və zərərli kimyəvi maddələrdən hazırlanmış bir tavanın içində yemək birşirmənin və ya istiliyə dözümsüz bir plastik qabda isti yekməkləri saxlamağın zərərlərini saymaqla bitmir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sağlamlığa zərərli olan bu cür mətbəx ləvazimatları ilə xəbərimiz olmadan özümüzü zəhərləyirik.
 
Bəs mətbəxdə sağlamlığımızı təhdid edən bu ləvazimatlar hansılardır?
 
Alüminium qazan və tavalar sağlamlığımıza zərər verən məhsulların ən başında gəlir. Alüminiumun Alzheimer xəstəliyi ilə əlaqəsi olduğu mütəxəssislər tərəfindən sübut edilmişdir. Bu materialdan hazırlanan qablar yüngül və ucuz olduğu üçün seçilsə də, özündəki zərərli maddələrə görə, həddindən artıq qeyri-sağlamdır. Üstəlik, zəhərlənmə ehtimalı da çox yüksəkdir. Bu növ kimyəvi məhsullar əvəzinə torpaq, keramika, saxsı və s. qablara üstünlük verilməlidir.
 
Plastik materiallar və saxlama qabları da istiyə məruz qalanda xarab olduqları üçün təhlükə təşkil edir. İstiliklə təmas edəndə kanserogen maddə buraxan plastik qabların əvəzinə paslanmaz poladdan spatula, çömçə kimi materiallar və şüşə saxlama qablarına üstünlük verilməlidir.
 
Metal qablar da turşulu məhsullarla qarşılıqlı təsirə keçdiyi vaxt zəhərli bir vəziyyətə gəlir. Bu səbəblə turşu, pomidor, limon kimi turşu nisbəti yüksək olan məmulatları metal qablarda saxlamamaq lazımdır.
Ancaq son vaxtların ən çox müzakirə olunan mövzusu teflon maddəsidir. Teflon örtüklü tavalar və qazanlar uzun müddətdir mətbəxlərin ən çox istifadə edilən məhsullarından biridir. Yapışmaz səthləri sayəsində bişirmədə tez-tez onlara üstünlük verilir, həmçinin asan təmizlənməsi sayəsində yemək bişirənlərin sevimlisidir. Lakin artıq teflonun mətbəx məhsullarına bir sıra zərərləri gündəmə gətirilir!
 
Sənaye tərəfindən gizlədilməyə çalışılsa da, teflon və digər yapışmaz səthli məhsulların içində olan poliforlu materiallar (PFAS), illərlə davam edən mübahisələrə və sağlamlıq aksiyalarına baxmayaraq hələ də istifadə olunur. Müəyyən müddət ərzində mərhələli olaraq, PFOA istifadəsi dayandırılsa da, polifor ailəsinin olduğu yerdə bu zərərli kimyəvi maddələr hələ də mövcuddur. Bu maddə yapışmayan məhsullarda aşağı səviyyələrdə olmasına baxmayaraq, PFAS-ın insan orqanizmində daima qaldığı məlumdur. İnsanlar və heyvanlar hazırda bu kimyəvi maddələri ehtiva edən qida və ya suları istehlak etməyə davam edir.
 
Teflon-Pan-SXC
Teflon sağlamlığımıza verdiyi mənfi təsirlərindən digər biri isə, içərisində olan və yapışmağın qarşısını alan bəzi kimyəvi maddələrin qalxanabənzər vəzin fəaliyyətini pozmasıdır.
 
2015-ci ildə iki aparıcı ekoloji-səhiyyə alimi içməli sudakı PFOA çirkinliyini sübut edən yeni araşdırmalar nəşr ediblər və sağlamlığımız üçün əvvəlkilərdən daha ciddi bir təhlükə yaratdığını isbat ediblər.
Bu zərərli məhsulların digər mənfi təsirləri isə aşağıdakı kimidir:
 
Çoxalmağa və inkişafa təsir göstərir.
Qaraciyərdə toxuma zədələnmələrinə səbəb olur.
İmmun sistemi ilə bağlı problemlər yaradır.
Şişləri dəstəkləyir.
Xolesterin səviyyəsini artırır.
Qalxanabənzər vəzilərə zərər verir.
Hamiləlik vaxtı və ya əmizdirmə dövründə uşaqlara təsir göstərir.
Xərçəngə təkan verir.
Bəs bu ləvazimatlar olmadan yemək bişirmək üçün hansı məhsulları seçə bilərik?
Həqiqi tökmə qazan-tava
Şüşə
Paslanmaz polad
Yeməklərin yapışmaması üçün isə bunlara diqqət edin:
Tavanı əvvəlcədən qızdırın.
Tavaya yüngül də olsa yağ sürtün.
Hazırladığınız yeməyin tavaya dəyən üzərinin qızarmasını gözləyib sonra tərsinə çevirin.
Əgər yapışmayan teflon bir tava-qazan istifadə etməyə məcbursunuzsa, onda:
Heç vaxt yüksək temperaturda istifadə etməyin.
Həmişə mətbəx hava çəkənənizi işlək vəziyyətdə saxlayın.
İmkan edən kimi, yapışmayan teflon məhsullarınızı dərhal alternativləri ilə dəyişdirin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR