Qriqorçuk: "Milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər"

Qriqorçuk: "Milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər"
22:52 14 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Ağır oyun oldu. Bunu gözləyirdik. Belə oyunlarda çox qol olmur. Amma ilk yarıda imkanlarımızı dəyərləndirsəydik, psixoloji cəhətdən üstünlük əldə edə bilərdik. Qol buraxdığımız epizodda isə kobud səhvə yol verdik. Buna baxmayaraq, bu oyunu udmalı idik. Müdafiədəki səhvlər və imkanlardan yararlanmamaq öz sözünü dedi".
"Rport"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi"yə Bakıda 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Araz Abdullayevin oyununu necə dəyərləndirirsiz?
- Yerli oyunçulardan ikisi yox idi. Ötən gün məşqdə Rəşad Sadıqov zədələndi, Ruslan Qurbanov isə xəstələndi. Öncədən də 3 mərkəz müdafiəçimiz sıradan çıxmışdı. Say baxımından yerli oyunçularla bağlı problemlərimiz var. Bir neçə futbolçumuz zədələndiyi halda qələbə əldə etmək çox çətindir. Ancaq bunu bəhanə etmirəm. İstənilən halda, biz qələbəyə oynamalıyıq.
- Rafael Santos əvəzlənən zaman etiraz etdi. Hətta qolundakı sarğını çıxarıb yerə atdı...
- (gülür) Rafa aqressiv idi? Onun birbaşa paltardəyişmə otağına getməsi normaldır. Onun aqressiv hərəkət etdiyini düşünmürəm. Rafa çox mehriban insandır. Oyundan sonra o da daxil olmaqla, futbolçuların əlini sıxdım.
- Sizcə, məğlubiyyətdə millinin toplanışının rolu oldu?
- Cavid Hüseynovu çıxmaq şərtilə milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər. Sözlərimi düzgün anlamağınızı xahiş edirəm. Mən millinin toplanışlarından gileylənmirəm. Fəxr edirəm ki, futbolçularım milliyə çağırılır. Ancaq top səviyyəli futbolçular həm millidə, həm də klubda eyni səviyyədə oynamalıdır. Bəlkə də, bu cür oynamalarına təcrübəsizlik mane olur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qriqorcuk-milliye-devet-almis-oyuncular-seviyyelerinden-asagi-cixis-etdiler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR