ABŞ-da qar fırtınası:

Soyuq hava və qar fırtınası səbəbilə ABŞ-ın Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlərində məktəblərdə tətil elan edilib, son iki gün ərzində isə ümumilikdə 8 min uçuş təxirə salınıb.

Metbuat.az bildirir ki, Nyu-York qubernatoru Endru Kuomo və bələdiyyə başçısı Bill de Blasio şəhər əhalisinə məcburiyyət qarşısında qalmadıqca şəxsi avtomobilləri ilə yola çıxmamaları ilə bağlı xəbərdarlıq edib.

Son məlumatlara görə, sabah 1 milyon 100 min şagirdin təhsil aldığı 1800 məktəb bağlı olacaq.

Qar fırtınası Nyu-Yorkla yanaşı, Massaçusets, Nyu Hempşir və Konnektikutda da həyatı iflic edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR