Ayaqyolunu üzü qibləyə və ya arxası qibləyə tikmək olarmı?

Ayaqyolunu üzü qibləyə və ya arxası qibləyə tikmək olarmı?
23:17 14 Mart 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Qiblə müsəlmanların müqəddəs məkanıdır. Müsəlmanlar bütün müqəddəs işlərini, Allah yolunda vacib əməllərini qiblə istiqamətində edir və ya buna çalışırlar. Namaz kimi vacib bir ibadət yalnız üzü qibləyə sarı duraraq qılınır.

Milli.Az islam.az-a istinadən bildirir ki, qurbanlıq heyvanı qiblə istiqamətində kəsirlər. Cənazəni qəbrə qoyarkən sağ böyrü üstə üzünü qibləyə çevirirlər. Çirkin, murdar işlərin qibləyə sarı duraraq edilməsi bəyənilmir. Həmçinin, ayaqyolunda üzü və ya arxası qibləyə sarı oturmaq günahdır. Ona görə də evin sanitariya qovşağını tikərkən buna diqqət yetirmək məsləhətdir. Əgər insandan asılı olmayan səbəb üzündən ayaqyolunun qabaq və ya arxa hissəsi qibləyə tərəfdirsə, imkan daxilində bunu dəyişdirməlidir. Əgər mümkün deyilsə, üzünü və arxasını qiblədən döndərərək oturmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR