Ankara Niderlanddakı səfirini geri çağırmayacaq

Ankara Niderlanddakı səfirini geri çağırmayacaq
23:54 14 Mart 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Ankara hazırkı mərhələdə Niderlanddakı səfirini geri çağırmayacaq. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hakimiyyətdən Niderlanddakı səfiri geri çağırmağı tələb edib.   

 

“Aydındır ki, ikitərəfli münasibətlər əvvəlki səviyyədə davam edə bilməz. Biz hazırda Niderlandın mövqeyini gözləyirik. Bununla belə, biz səfirimizi geri çağırmaq niyyətində deyilik”, - deyə Kurtulmuş qeyd edib.  

 

Numan Kurtulmuş bundan əvvəl Niderland səfirinin ölkəyə girişinə, Niderlanddan Türkiyəyə diplomatik uçuşlara qadağa qoyulduğunu,  Niderland nümayəndələri ilə yüksək səviyyədə görüşlərin ləğv olunduğunu bildirib. Kurtulmuş həmçinin parlamenti iki ölkə arasındakı dostluq sazişlərini ləğv etməyə çağırıb.      


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR