Ağdamda inəyin vurduğu 56 yaşlı qadın öldü

Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb.

Metbuat.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa çalışsalar da, qadın yolda həyatını itirib.

F.Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR