Ankara hələlik səfiri geri çağırmayacaq

Ankara hələlik səfiri geri çağırmayacaq
00:05 15 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Ankara hazırkı mərhələdə Niderlanddakı səfirini geri çağırmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hakimiyyətdən Niderlanddakı səfiri geri çağırmağı tələb edib.   
 
"Aydındır ki, ikitərəfli münasibətlər əvvəlki səviyyədə davam edə bilməz. Biz hazırda Niderlandın mövqeyini gözləyirik. Bununla belə, biz səfirimizi geri çağırmaq niyyətində deyilik", - deyə Kurtulmuş qeyd edib.  
 
Numan Kurtulmuş bundan əvvəl Niderland səfirinin ölkəyə girişinə, Niderlanddan Türkiyəyə diplomatik uçuşlara qadağa qoyulduğunu,  Niderland nümayəndələri ilə yüksək səviyyədə görüşlərin ləğv olunduğunu bildirib. Kurtulmuş həmçinin parlamenti iki ölkə arasındakı dostluq sazişlərini ləğv etməyə çağırıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR