Kriştiano Ronaldo Ümmiyə xala ilə reklama çəkildi -

Uğur hekayələrini insanlara çatdırmağı hədəfləyən "Türk Telekom"un "Sən yetər ki, xəyal et" reklamında Mərsinin Arslanköy kəndində yaratdığı teatr ilə dünyada adından söz etdirən Ümmiyə Qoçaq və məşhur futbolçu Kriştiano Ronaldo rol alıb.

Metbuat.az-ın məlumatına görə, daha öncə ssenarisini yazdığı və rejissoru olduğu "Yün Bebek" filmi ilə Nyu-York Avrasiya film festivalında mükafata layiq görülən Qoçaq reklamın çəkilişlərini də öz öhdəliyinə götürüb. Reklamda Kriştiano Ronaldo yaşadığı çətinliklərə baxmayaraq, xəyallarının ardınca getdiyindən bəhs edir.

Çəkilişləri 6 il davam edən həmin reklamı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR