Putin Sarqsyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Putin Sarqsyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
01:27 15 Mart 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Moskvada erməni həmkarı Serj Sarqsyanla görüşəcək.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Sarqsyan martın 14-15-də Rusiya liderinin dəvəti ilə Moskvaya səfər edəcək.
Kremlin məlumatına görə, danışıqlar zamanı siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsi ilə yanaşı, vacib regional problemlərin, hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/putin-sarqsyanla-dagliq-qarabag-munaqisesini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR