Meksikada 250-dən çox insanın kəllə sümüyü tapılıb

Meksikada 250-dən çox insanın kəllə sümüyü tapılıb
01:32 15 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Meksikanın Verakrus ştatında yerləşən gizli məzarlıqda 250-dən çox insanın kəllə sümüyü aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə bölgənin prokuroru Xorxe Vinkler məlumat verib.
Onun sözlərinə görə, bütün qalıqlar cinayətkar qruplaşmaların qurbanlarına məxsusdur.
"Onlar insanları xüsusi olaraq qazılmış qəbirlərə atıblar. Verakrus şəhəri ilə yanaşı yerləşən Kolinas-de-Santa-Fe rayonunda cəmi 30 faizi tədqiq edilmiş ərazidə indiyədək 250-dən çox insanın kəllə sümüyü aşkar olunub və mən orada daha nə qədər insanın basdırıldığını təsəvvürümə gətirə bilmirəm", - deyə prokuror "Televisa" telekanalına bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-250-den-cox-insanin-kelle-sumuyu-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR