"Lester" nağılı davam edir -

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Lester" "Sevilya"nı qəbul edib. İlk görüşdə 1:2 hesabı ilə məğlub olan ev sahibləri mərhələ adlamaq üçün lazım olan nəticəni qazana biliblər.

27-ci dəqiqədə Morqan topu qapıdan keçirib. İkinci hissədə fərqlənən Olbrayton isə yekun hesabı müəyyənləşdirib. Beləliklə, ötən mövsüm İngiltərə çempionu olmaqla adından söz etdirən "Lester" növbəti dəfə sürprizə imza ataraq Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.

Çempionlar Liqası

1/8 final, cavab görüşü

"Lester" - "Sevilya" - 2:0

Qollar: Morqan, 27, Olbrayton, 54

Qırmızı vərəqə: Nəsri, 74 ("Sevilya")

İlk oyun: 1-2

Oyunun videoicmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR