Putin və Ərdoğan Türkiyəyə "S-400"ün tədarükünü müzakirə edib

Putin və Ərdoğan Türkiyəyə "S-400"ün tədarükünü müzakirə edib
06:02 15 Mart 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan martın 10-da Kremldə keçirilən görüş zamanı rus silahlarının tədarükü mövzusuna da toxunublar.
"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, burada söhbət "S-400" havadan müdafiə sistemlərinin tədarükü barədə müqavilədən gedir.
Hazırda Türkiyə tərəfi öz imkanlarını qiymətləndirir, Rusiya bu məsələdə ona yardım etməyə hazırdır.
"Tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyəti şərh edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/putin-ve-erdogan-turkiyeye-s-400-un-tedarukunu-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR