Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq
06:52 15 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
“Report”un məlumatına görə İspaniya və Fransada baş tutan cavab matçlarında 1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək.
1/8 final mərhələsinin ilk oyununda Almaniyada “Bayer”i 4:2 hesabı ilə məğlub edən Madridin “Atletiko” klubunu 1/4 finalçı saymaq olar. Çünki ispanlar böyük ölçüdə tapşırığın öhdəsindən gəliblər.
Digər cütün ilk oyununda iki top fərqli qələbə qeydə alınıb. Lakin “Mançetser Siti” “Monako”nu evdə 5:3 hesabı ilə məğlub edib. Özü də, “şəhərlilər” 2:3 hesabı ilə uduzduqları matçdan qalib ayrılıblar.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
15 mart
23:45 Monako (Fransa) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 3:5
23:45 “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
Baş hakim: Sergey Karasev
İlk oyun 4:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-1-8-final-merhelesine-yekun-vurulacaqezh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR