Bir şəhərin bütün polisləri saxlanıldı

Bir şəhərin bütün polisləri saxlanıldı
07:34 15 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın Xalisko ştatındakı Okotlan şəhərinin bütün polisləri zorla tərksilah edilərək saxlanılıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyatın səbəbi rəsmi açıqlanmasa da, asayiş keşikçilərinin saxlanılmasına səbəb kimi, onların sıralarında cinayətkar elementlərin yer alması göstərilir.   

 

Okotlan şəhərində asayişə nəzarəti Xalisko polisi həyata keçirir.

 

Saxlanılan polis əməkdaşları Qvadalaxara şəhərinə aparılaraq tam yoxlanılacaqlar. Onların polis sıralarında qalıb-qalmaması yoxlamanın nəticəsindən asılı olacaq.   

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR