Roxo cəzalandırıla bilər

Roxo cəzalandırıla bilər
07:42 15 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in müdafiəçisi Markos Roxo İngiltərə Kubokunun 1/4 final mərhələsində baş tutan görüşdə Eden Hazara qarşı hərəkətinə görə cəzalandırıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunu rəqibi tapdaladığına görə 5 oyunluq diskvalifikasiya gözləyir. Roxonun bunu qəsdən etdiyi müəyyən olunsa, ona qarşı federasiya tərəfindən cəza tətbiq olunacaq. Qeyd edək ki, oyundan sonra "Çelsi"nin baş məşqçisi Antonio Konte "Yunayted" futbolçularının birinci hissədə Hazara qarşı kobudluqlarını tənqid etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR