Adeli səhnəyə qutuda gətirirlər: "Səbəbini biləndə güləcəksiniz"

Adeli səhnəyə qutuda gətirirlər: "Səbəbini biləndə güləcəksiniz"
08:12 15 Mart 2017
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Adelin son konsertlərində səhnəyə çıxmaq üçün yeni üsuldan istifadə edilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Avstraliyada konsert turunda olan müğənni çıxış edəcəyi səhnəyə qutuda gətirilir. Bu iş üçün səhnə avadanlıqlarının daşındığı qutulardan istifadə edilir. 

28 yaşlı müğənni bir açıqlamasında da "Səhnəyə çıxana qədər tərləyirəm. Bunun səbəbini hazırda deyə bilmərəm, amma biləndə çox güləcəksiniz" demişdi. 

Müğənni və komandasının bu addımı atmasına səbəb isə Avstraliyada konsert keçirilən stadionda səhnəyə gedən yeraltı tunellərin olmamasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR