Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb
08:22 15 Mart 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xüsusi xidmət orqanları Moskvada 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı planlaşdırılan terror aktının qarşısını alıblar. Milli.Az APA-ya istinadən xəbər verir ki, martın əvvəlində Moskva aeroportlarından birində İstanbuldan gəlmiş Tacikistan vətəndaşı M.İzatillo yoxlanış tədbirləri çərçivəsində saxlanılıb. Saxlanılan şəxs ömürlük həbs olunacağı Tacikistana deportasiya ediləcəyini anladıqda, telefonunu sındırmağa çalışıb, sonra isə qayçını boynuna sancaraq, boğazını kəsməyə cəhd edib.

Saxlanılan şəxs xəstəxanaya çatdırılıb. Onun Suriyada İŞİD sıralarında döyüşdüyü məlum olub.  
 
Aparılan istintaq tədbirləri zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək məqsədi ilə gəldiyini etiraf edib. O, 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı özünü partlatmağa hazırlaşırmış.  
 
Hazırda terrorçu ilə əlaqəli olan şəxslər müəyyənləşdirilir. Məlumata görə, o, Moskvada partladıcı qurğu ilə təmin edilməli imiş. M.İzatillo dindirildikdən sonra Tacikistana təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR