Almaniya Türkiyə siyasətçilərinin ölkəyə girişinə qadağa qoya bilər

Almaniya Türkiyə siyasətçilərinin ölkəyə girişinə qadağa qoya bilər
08:53 15 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya hökuməti Türkiyənin səsləndirdiyi qalmaqallı ifadələr fonunda türk siyasətçilərinin ölkəyə girişinə qadağa qoymaq hüququnu özündə saxlayır.

"Report" xəbər verir ki, bu bəyanatla Almaniya Feredal Kansleri İdarəsinin rəhbəri, ölkənin xüsusi tapşırıqlar naziri Peter Altmayer "Funke" mediaşirkətinin qəzetinə müsahibəsində çıxış edib.

Altmayer qeyd edib ki, Berlinin xarici dövlətlərin hökumət üzvlərinin ölkəyə girişinə qadağa qoymaq üçün hüquqi alətləri var.

"Nazirlər Kabinetinin öz beynəlxalq-hüquqi imkanlarından istifadə etməməsi, gələcəyə pulsuz bilet deyil", - deyə o bildirib.

"Girişə qadağa son vasitə olardı. Biz ondan istifadə hüququnu özümüzdə saxlayırıq", - deyə İdarə rəhbəri əlavə edib.

Berlin və Ankara münasibətlərində növbəti gərginlik Türkiyə nazirlərinin Almaniyada iştirak etməli olduğu tədbirlərin ləğv olunmasıdır. Ankara siyasətçilərin çıxışlarına qoyulan qadağanı bir neçə dəfə nasist davranışlarla müqayisə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR