İspaniyadan şok Arda Turan İDDİASI

İspaniyadan şok Arda Turan   İDDİASI
08:57 15 Mart 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

Arda Turan mövsümün sonunda "Barselona"dan ayrılacaq. Fanat.Az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.


"Esports Cope" radio proqramının gündəmə gətirdiyi "Arda Turan Çindən gələn təklifləri ciddi şəkildə dəyərləndirdi" iddiası aparıcı idman nəşləri - "El Mundo Deportivo" və "Sport" qəzetlərində geniş yer tapıb.


"El Mundo Deportivo" yazır ki, Arda Turanın davamlılıq problemi var: "Özünə ilk "11-lik"də daimi yer atapa bilmədi. Arda indiyədək düşünmədiyi Çin fürsətini artıq qaçırmaq niyyətində deyil. Çox böyük bir müqaviləyə imza ata bilər".


"Barselona" ilə 2020-ci ilədək müqaviləsi olan 30 yaşlı futbolçunun Çindən 2 təklif aldığını iddia edən "Sport" qəzeti isə "Arda bu mövsüm forma geyindiyi 29 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edərək karyerasının ən yaxşı dönəmini keçirirmiş kimi görünsə də, "Barselona"nın tələblərini qarşılamır. "Barselona"nın yarımmüdafiə və hücum xəttindəki rəqabətə Arda davam gətirmir. Türk futbolçu maliyyə baxımından cazibədar olan Çin variantını indi daha ciddi düşünür" yazıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-spaniyadan-ok-arda-turan-t56925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR