"Neymara bizim komandada yer tapılmazdı"

"Neymara bizim komandada yer tapılmazdı"
08:57 15 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya millisinin sabiq futbolçusu Jerson Neymarın 1970-ci ildə dünya çempionu olan komandanın səviyyəsinə uyğun gəlmədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu "Barselona"nın ulduzuna həmin komandanın ehtiyat skamyasında belə yer tapılmasına şübhə ilə yanaşıb.

"Bizim dövrdə Neymara komandada yer tapılmazdı. Kimin yerinə oynaya bilərdi? Rivelino, Pele, Tostao və Jairzinyonu heyətdən sıxışdırıb çıxara bilməzdi. Hətta yarımmüdafiə xəttində də üstün olduğu futbolçu yoxdur. Bizim komandada çox istedadlı Kaju vardı. O, istənilən mövqedə əla oynayırdı. Amma ehtiyatda qalırdı. Buna görə deə bilmərəm, Neymara heç ehtiyatda yer tapılardı, ya yox".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR