7 min ildən çox yaşı olan artefaktlar aşkar olundu

7 min ildən çox yaşı olan artefaktlar aşkar olundu
09:17 15 Mart 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə yaşı 7 min ildən çox oan Neolit dövrünə aid artefaktlar aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Youm al-Sabia" nəşri məlumat yayıb.

Fevralın əvvəlindən ölkənin şimalında yerləşən Daqahliyə rayonunda qazıntılarla məşğul olan Misir-Fransa birgə arxeoloji missiyası Misir torpağında nə vaxtsa tapılan ən qədim abidələri təqdim edib.

Daqahliyə arxeoloji kompleksinin rəhbəri Səlim əl-Bağdadinin sözlərinə görə, tapılan əşyalar arasında balıq ovu, həmçinin taxıl emalı üçün nəzərdə tutulan primitiv alətlər var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR