Voleybolçunun ayaqları başına bəla oldu

Voleybolçunun ayaqları başına bəla oldu
09:17 15 Mart 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Rusyanın Yeni Urenqoy şəhərinin "Fakel" voleybol komandasının oyunçusu Aleksand Kimerov təyyarə ilə Samaradan Moskvaya uçuşuna icazə verilməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, insident "Pobeda" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində baş verib.

Qıçları oturacağa sığmayan 215 sm boyu olan oyunçu rahat oturmaq üçün yanındakı sərnişinlə yerini dəyişərək, ayaqlarını keçidə uzadıb.   

Lakin onun bu hərəkəti ekipajın xoşuna gəlməyib. Hadisə yerinə çağırılan polis əməkdaşları oyunçunu təyyarədən zorla yerə düşürüblər. Nəticədə təyyarənin uçuşu 40 dəqiqə gecikib.

İnsident barədə klubun direktoru Nikolay Kapranov Feysbuk səhifəsində bölüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR