Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) səkkiz zabitini, o cümlədən bir admiralı korrupsiyaya qurşanmaqda ittiham edib.
"Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, təqsirləndirilənlər arasında kontr-admiral Bryus Lavles, HDQ-nin dörd əsas kapitanı və istefada olan dəniz piyadaları polkovniki var. Onlar Sinqapurdan olan iş adamı Leonard Qlenn Frensisdən rüşvət almaqda ittiham olunurlar.
Zabitlər bahalı hədiyyələr qarşılığında sinqapurlu biznesmenə gizli məlumatlar ötürüb və bu informasiyalar nəticəsində iş adamının şirkəti milyonlarla dollarlıq müqavilələr qazanıb.