Bakıda 38 yaşlı kişi məktəb həyətində özünü asdı

Bakıda 38 yaşlı kişi məktəb həyətində özünü asdı
09:37 15 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR