Sumqayıt şəhərindən Abşeronun şimal və şimal-şərq hissəsinə giriş-çıxış asanlaşacaq

Sumqayıt şəhərindən Abşeronun şimal və şimal-şərq hissəsinə giriş-çıxış asanlaşacaq
09:47 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Abşeron yarımadasının şimal hissəsində sahilboyu salınan və 12,7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni trass üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa, yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.
Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.


 
Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.
Xatıqladaq ki, Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 km olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da hazırda tikintisi aparılır.








Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sumqayit-seherinden-abseronun-simal-ve-simal-serq-hissesine-giris-cixis-asanlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR