Daha bir filmin sevişmə səhnələri sosial şəbəkədə damğa vurdu - VİDEO

Daha bir filmin sevişmə səhnələri sosial şəbəkədə damğa vurdu - VİDEO
09:48 15 Mart 2017
287 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollardan Gökçe Bahadır, Əlican Yücesoy və Hande Subaşının oynadığı “Eşq yuxusu” (Aşk uykusu) filminin ilk fraqmenti sosial şəbəkədə müzakirələrə səbəb olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məmməd Coşkundenizin eyni adlı romanı əsasında çəkilən "Eşq yuxusu” martın 31-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Filmin internetdə yayımlanan təqdimat videosunda Gökçe Bahadır ilə Əlican Yücesoyun sevişmə səhnələri böyük rekordu qırıb.

Azərbaycanda "Yaprak dökümü" serialından sonra məşhurlaşan Gökçe Bahadır film haqqında təəssüratlarını bölüşüb. O, "Filmin əsas obrazı Yonca ərinə dəlicəsinə aşiq bir qadındır. Həyatı həyat yoldaşından ibarətdir, hər zaman ehtirasının arxasınca qaçır. Ancaq xəyanətə uğrayır və evliliyini qorumaq üçün hər şeyi etməyə hazır olur” , - deyə cavab verib.

Filmdə Hande Gözətçi, İsmayıl Düvenci, Lalə Başar və Həsən Küçükçetin də rol alıb.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR