ABŞ neft ehtiyatları 9 həftədən sonra ilk dəfə azalıb

ABŞ neft ehtiyatları 9 həftədən sonra ilk dəfə azalıb
10:07 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 4-10 mart həftəsində 0,531 mln. barel azalma göstərib. "Report" Amerika Neft İnstitutunun (API) hesabatına istinadən xəbər verir ki, ehtiyatlarda azalma son 10 həftədə ilk dəfə baş verib. Analitiklər ehtiyatların artacağını proqnozlaşdırsa da, dekabrdan sonra ilk azalma olub.
Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, martın 15-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 3 mln. barel və ya 0,56% artaraq 531,4 mln. barelə çatacağını proqnozlaşdırır. Lakin görünən odur ki, neft ehtiyatlarında artım bir qədər az ola və ya hətta azala bilər.
"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti dünən, martın 14-də Səudiyyə Ərəbistanının hasilatı bir qədər bərpa etməsi xəbəri ilə sərt şəkildə 50,25 dollar/barelə kimi geriləyib. Belə ki, daha əvvəl S.Ərəbistanı hasilatı anlaşmada qəbul etdiyi öhdəlikdən daha çox azaltdığını bəyan edib. Ardınca bu gün açıqlanan APİ göstəricisi isə öz növbəsində neft qiymətlərinin artmasına gətirib çıxarıb. Hazırda "Brent" markalı neft dünənki qapanış rəqəmi ilə müqayisədə 1,5% artaraq 51,67 dollar/barelə satılır. 
Analitik qrup neft qiymətlərinin tədricən bu səviyyədən yüksələrək may ayında 65 dollar/barelə çatacağını ehtimal edir: "Daha əvvəl də qeyd etdiyimiz kimi, "Brent" markalı neft 50,47 səviyyəsindəki boşluğunu doldurduqdan sonra artmağa başlayacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-neft-ehtiyatlari-9-hefteden-sonra-ilk-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR