Bayram günlərində hansı banklar işləyəcək?

Bəs bayram günlərində bankların iş qrafiki necə olacaq?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası çalışmalıdır ki, dolların alqı-satqısında problem olmasın:

“Bayram günlərində ölkəyə gələn turistlərin sayı artacaq. Xüsusən, İrandan gələn turistlərin sayında artım olacağı gözlənilir. Bu baxımdan, bayram günlərində dolların alqı-satqısında problem olmayacaq. Valyutadəyişmə məntəqələrinin ən azından rayonlar üzrə fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur”.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata əsasən isə, palatanın tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxanalara paylanılacaq. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinatorlar: Azər Quluyev: Azar.Guluyev@fmsa.az Rövşən Məmmədli; Rovshan.Mammadli@fmsa.az Tel: 493-50-58 (dax:300);

Martın 18-dən 26-dək çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR