"Eurovision" müsabiqəsinin rəsmi açılışı mayın 7-də keçiriləcək

"Eurovision" müsabiqəsinin rəsmi açılışı mayın 7-də keçiriləcək
10:12 15 Mart 2017
134 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Kiyevdə bu il "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin görüşü keçirilib.
"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri ölkənin çıxış edəcəyi mahnının yekun versiyasını təqdim edib.
Görüşdə müsabiqə zamanı açılan ənənəvi Avropa kəndi (Euro Village) Kreşatik küçəsində fəaliyyət göstərəcək.
Müsabiqənin rəsmi açılışı isə mayın 7-də Kiyevdəki Mariinski sarayında keçiriləcək.
Xatırladaq ki, müsabiqə 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycanı yarışmada "Skeletons" (Skeletlər) mahnısı ilə DiHaj (Diana Hacıyeva) təmsil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/eurovision-musabiqesinin-resmi-acilisi-mayin-7-de-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR