Tanınmış kinoşünas vəfat etdi

Tanınmış kinoşünas vəfat etdi
10:22 15 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.

Milli.Az enter.news-a istinadla xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.

Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.

A.Dadaşov əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR