Bu kənddə siqaret çəkənlərə qız verilmir

Türkiyədə Anadoluya yaxın yerləşən bu kənddə siqaret çəkməyə qəbahət bir iş kimi baxılır. Üstəlik, kəndin girişinə də "Bu kənddə siqaret çəkmək eyibdir!" yazılan bir löhvə asılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, siqaret çəkənə qız verilməyən kənddə, qız istəməyə gələnlərə ilk sual olaraq kürəkən namizədinin siqaret çəkib çəkmədiyi soruşulur.

Demək olar ki kəndin bütün sakinləri siqareti tərgidib.

"İstifadə edən bir neçə adam kəndin xaricinə çıxır"

Kənddə siqareti ilk özünün tərgitdiyini deyən Kudbettin Sinet, "30 il gündə 2 paket istifadə etdim. Zərərli olduğunu xəstələndən sonra anladım və təgitmək qərarı aldım. Mən tərgitdikdən sonra yavaş-yavaş hər kəs buraxdı. İndi sağlamıq, rahat yaşayırıq. Kəndimizdə hələ də siqaret istifadə edən bir neçə nəfər var. Bunlar da evdə və kənddə çəkmir. Utandıqları üçün kəndin xaricinə çıxıb gizlicə istifadə edirlər. Xanımları da icazə vermir" deyib.

Bu kənddə siqaret çəkən heç bir kəs kəndin qızları ilə evlənə blməz.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR