Venesuela parlamenti humanitar böhran elan edib

Venesuela parlamenti humanitar böhran elan edib
10:32 15 Mart 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Venesuela Milli Assambleyası ölkədə humanitar böhran yaşanması barədə razılaşmanı yekdilliklə qəbul edib.
"Report" "El Nacional"a istinadən xəbər verir ki, həmçinin ölkənin ərzaq təminatı ilə bağlı problemlərini araşdırmaq üçün komissiya yaradılmasına razılıq verilib.
"Hökumətin humanitar sahədə fövqəladə vəziyyət elan etməsi məntiqli olardı. Ancaq onlar həqiqəti gizlətməyə və istehsalı məhv etməyə çalışırlar", - deyə Milli Assambleyanın sədri Xulio Borxes bildirib.
O, həmçinin ölkədə aclıq və yoxsulluq məsələlərini həll etmək üçün çıxış yollarının tapılmasının vacibliyini qeyd edib və hökuməti humanitar kanal açmağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-parlamenti-humanitar-bohran-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR