ADB: Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər

ADB: Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər
10:42 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır. “Report” xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.
N.Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb: “Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.
ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər. O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adb-azerbaycan-bu-il-budce-kesirini-1-2-civarinda-saxlaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR