Allahşükür Paşazadə: ”Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”

Allahşükür Paşazadə: ”Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
10:47 15 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir”.
“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “İslam həmrəyliyi-zamanın çağrışı” adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda sabitlik mövcuddur: “Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət rəhbərimizin siyasi iradəsi böyük önəm daşıyır. Dövlət başçımız İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevrilməsi, ölkəmizin humanitar və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi olaraq ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir”.

Xəbərin orijinal ünvanı: https://report.az/din/allahsukur-pasazade-azerbaycanda-din-dovlet-munasibetleri-yuksek-seviyyededir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR