Castin Bieberin milyon dollarlıq füsunkar adası – FOTOLAR

Castin Bieberin milyon dollarlıq füsunkar adası – FOTOLAR
10:58 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Gənc ifaçı Castin Biberin bu yaxınlarda istirahət etdiyi Sülh adası (Makepeace) adasının fotoları yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada yerləşən adanın ən qəribə özəlliyi ürək şəklində olmasıdır. Bu səbəbdən də oraya adətən varlı cütlüklər bal ayını keçirmək üçün gedir.

23 yaşlı Castin Biber isə balayı olmasa belə qısa müddətlik istirahət üçün sözügedən adaya yollanıb. Sülh adasının dasının bir gecəlik qiyməti 5 min 500 dollardır. Bəs bu pula nələr daxildir?

Ada 24 nəfərlik nəhəng bir villa, hovuz, açıq hava kinosu, tennis kortu və üç ayrı villadan ibarətdir. Yeməklər isə dünyanın ən məşhur aşpazları tərəfindən hazırlanır.

Adanın sahibi 65 yaşlı iş adamı Riçard Bransonun sözlərinə görə, adada əvvəllər sakinlər donuz saxlayıblar. Bu səbəbdən də qədim sənədlərdə adanın adı “Pig Island” yəni, Donuz adası kimi keçir.

Britaniyalı iş adamı Riçard Branson adanı 2003-ci ildə 3.2 milyon dollara alaraq istirahət kurortu tikməyə qərar verib.

Aytən









Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/191422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR