Faydaları saymaqla bitməyən banan

Son dərəcə faydalı meyvə olan banan bir çox xəstəliyin müalicəsində təsirini göstərir. Kişiyə enerji verir və cinsi gücü artırır. Yetişmiş bir banan sarı rəngdədir, lakin qırmızı banan da var imiş.. Bilirdinizmi?

"Red Dacca" adlı qırmızı banan Güney Amerika və Asiyada normal olaraq yetişdirilən növlər arasındadır. Qırmızı banan Orta Amerikada daha çox yayılıb.

Metbuat.az bildirir ki, qırmızı bananın tərkibi kalium və dəmirlə zəngindir. Dadına gəldikdə isə xəfif çiyələk, manqo dadını verir. Bananın tərkibindəki qida maddələri serotonin istehsalını artırır və insana rahatlıq, xoşbəxtlik hissi verir. Tərkibindəki B6 vitamininin əksikliyizamanı insanda yorğunluq, yuxusuzluq, qansızlıq və dəri toxumasının problemləri əmələ gəlir. Qırmızı bananın şəkər nisbəti aşağı olduğu üçün şəkər xəstələri və pəhriz saxlayanlar üçün ideal bir tropik meyvədir.

Qeyd edək ki, bananın rəngi nə qədər tünddürsə, C vitamini və beta-karoten ilə bir o qədər zəngindir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR