"Azərbaycan İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir"

"Azərbaycan İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir"
11:05 15 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə "İslam həmrəyliyi - zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur: "Etnik və dini müxtəliflik ölkəmizin mili sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir".

A.Paşazadə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.

QMİ sədri deyib ki, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar arasında, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir: "Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR