Niderland krallığında parlamentə seçkilər keçirilir

Niderland krallığında parlamentə seçkilər keçirilir
11:07 15 Mart 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Niderland krallığında parlamentə seçkilər başlayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, parlamentdəki 150 yer uğurunda 28 partiya mübarizə aparır.
İnformasiyaya əsasən, mübarizənin sağ liberal yönlü, hazırkı baş nazir Mark Rüttenin “Azadlıq və Demokratiya uğurunda Xalq Partiyası” ilə Gert Vildersin ifrat sağ yönlü “Azadlıq Partiyası” arasında olacağı gözlənilir.
Mütəxəssislərin fikirincə, səsvermə ölkə vətəndaşlarının milliyətçi hissinin yoxlanması və populizmin Hinderlandda möhkəmlənməsinin göstəricisi olacaq.
Məlumata görə, seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Vildersin partiyası liderlik edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderland-kralliginda-parlamente-seckiler-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR