"Azərsu" tender və kotirovka sorğuları elan edib

"Azərsu" tender və kotirovka sorğuları elan edib
11:12 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ “Azərsu” ASC Coğrafi İnformasiya Sisteminin (CİS) təkmilləşdirilməsi, inkişaf etdirilməsi, CİS-in cəmiyyət üzrə istifadə edilən digər informasiya sistemləri ilə inteqrasiya faizinin artırılması, Bakı şəhəri üzrə 2012-2016-cı illər ərzində mövcud bina və tikililərin işlənmiş məlumat bazasının yeni ortofoto xəritələr əsasında yenilənməsi, həmçinin Sabunçu, Suraxanı və Xətai rayonları üzrə bina və tikililər haqqında ərazidən məlumatların əldə olunması, elektron formatda xəritələndirilməsi (vektorlaşdırılması), kodlaşdırılması və məlumat bazasına daxil edilməsi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir.
İştirakçılar tələb olunan sənədləri aprelin 21-i saat 18:00-dan gec olmamaq şərtilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti,67) təqdim etməlidir.
İddiaçılar tender təklifini mayın 1-i saat 18.00-dək ASC-yə təqdim etməlidir, təkliflər mayın 2-si saat 15:00-da qeyd olunan ünvanda açılacaq.
Bundan başqa, şirkətin "Birləşmiş Sukanal" MMC polietilen boruların satın alınması məqsədilə açıq tender elan edib.
Tenderdə iştirak etmək üçün 200 manat məbləğində iştirak haqqı ödənilməlidir. İştirakçılar tələb olunan sənədləri aprelin 26-sı saat 18:00-dək “Azərsu”ya təqdim etməlidir.
İddiaçılar tender təklifini mayın 3-ü saat 18:00-dək qeyd edilən ünvana təqdim etməlidir. Təklif zərfləri isə mayın 4-ü saat 15:00-da “Birləşmiş Sukanal” MMC-də (Bakı şəhəri, general Akim Abbasov küçəsi,110) açılacaq.
Eyni zamanda, “Azərsu” Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2016-cı il ərzində əvəzsiz alınan əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2016-cı il dekabrın 31-dək əsas vəsaitlərin qiymətdən düşməsinin testləşdirilməsi xidmətlərinin alınması üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyən iddaiaçılar kotirovka təkliflərini martın 17-si saat 15:00-dək ASC-yə (Bakı şəhəri, Moskva prospekti, 67) təqdim etməlidir. Kotirovka təklifləri martın 17-si saat 16:00-da “Azərsu”da açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azersu-tender-ve-katirovka-sorgulari-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR