Niderland krallığında parlament seçkiləri başlayıb

Niderland krallığında parlament seçkiləri başlayıb
11:12 15 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Niderland krallığında parlament seçkiləri başlayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, parlamentdəki 150 yer uğurunda 28 siyasi partiya mübarizə aparır.
İnformasiyaya əsasən, əsas rəqabətin sağ liberal yönlü, hazırki baş nazir Mark Rüttenin “Azadlıq və Demokratiya uğurunda Xalq Partiyası” ilə Gert Vildersin ifrat sağ yönlü “Azadlıq Partiyası” arasında olacağı gözlənilir.
Siyasi müşahidəçilərin fikirincə, səsvermə ölkə vətəndaşlarının milliyətçi hissinin yoxlanması və populizmin Niderlandda möhkəmlənməsinin göstəricisi olacaq.
Məlumata görə, seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Vildersin partiyası liderdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderland-kralliginda-parlament-seckileri-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR