Rusiyada saxta araq istehsal edən azərbaycanlı tutuldu

Rusiyada saxta araq istehsal edən azərbaycanlı tutuldu
11:27 15 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı sahibkara məxsus saxta spirt istehsal edən və qablaşdıran sex aşkar edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, regional Federal Təhlükəsizlik Xidməti İdarəsi əməkdaşları DİN baş idarəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat zamanı təxminən 400 ədəd onlitrlik spirt tərkibli maye qutusu, 5 qutu etil spirti və 3,5 min saxta alkoqol şüşəsi aşkarlayaraq götürüblər.

Sexdən, həmçinin ticarət markası olan etiketlər və saxta aksiz markalar götürülüb. Obyektdə Mərkəzi Asiyadan olan miqrantların çalışdığı məlum olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/526325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR