“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib
11:32 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Dayazsulu “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 271 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2 977-2 900 metr intervaldan gündəlik 82 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yataginda-daha-bir-quyu-temirden-sonra-istismara-verilib11313254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR