"Üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib"

"Üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib"
11:37 15 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib.
 
P. Musayev deyib ki, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb: "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib. Bu Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən göndərilmir. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Son illər üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib".
 
P. Musayev onu da deyib ki, Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenefobiya halları qeydə alınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/526317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR